Daha bir təyyarə qəzası
Dərc olunub:
18-02-2025, 08:20
Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə , təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
Onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.