Pakistanda terakt: 11 nəfər öldü, 6 nəfər yaralandı
Dərc olunub:
14-02-2025, 22:39
Pakistanda (Bəlucistan əyalətinin Harnay rayonunda) şaxta yaxınlığında baş verən partlayışda 11 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Hindu” nəşri məlumat yayıb.
Bildirilib ki, kömür daşıyan maşın yaxınlaşanda yola döşənmiş uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu işə salınıb.