Makron Trampın hərəkətlərini Avropa üçün elektrik şoku adlandırıb

Makron Trampın hərəkətlərini Avropa üçün elektrik şoku adlandırıbDonald Trampın ABŞ prezidentliyinə qayıtdıqdan sonra atdığı ilk addımlar Avropa üçün elektrik şoku oldu.

Bunu Fransa Prezidenti Emmanuel Makron Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

"Bu elektrik şokudur. Bizə xarici impulslar lazımdır... Avropa üçün bu, sürətləndirmək və hərəkətə keçmək vaxtıdır”, - deyə Makron, eyni zamanda, Avropa Birliyinin başqa seçimi olmadığını da bildirib

Fransız siyasətçinin fikrincə, baş verənlər ABŞ-dan “strateji asılılığı” saxlamaq ümidində olan Avropa ölkələrini ayıqlaşdırmağa kömək edəcək.

Makron qeyd edib ki, Aİ Amerikanın təhlükəsizlik çətirini, Çin satış bazarını və ucuz rus qazını unutmalıdır.

Bundan əlavə, Fransa prezidenti hesab edir ki, Avropa geniş iqtisadi inteqrasiya və tənzimləməni zəiflətməklə öz müdafiəsinə sərmayə qoymağa və ÜDM-in artımına nail olsa, “strateji oyanış”a nail ola bilər, TASS xəbər verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər