Almaniya Putinin qələbəsini elan etdi

Almaniya Putinin qələbəsini elan etdiRusiya prezidenti Vladimir Putin artıq Ukrayna münaqişəsində qalib gəlib, çünki amerikalılar Ukrayna böhranından faktiki olaraq çıxıblar.

"Unikal" xəbər verir ki, bu barədə Münhen Bundesver Universitetinin beynəlxalq siyasət professoru Karlo Masala "Bild" qəzetinə müsahibəsində bildirib.

"Putin bu müharibədə qalib gəldi. O, amerikalıların bu münaqişədən geri çəkilməsinə nail oldu", - deyə professor vurğulayıb.

Bundan əlavə, ekspert bildirib ki, Kiyev və Brüssel yalnız danışıqların nəticələrini qəbul etməli olacaqlar.

Xatırladaq ki, fevralın 12-də Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. İki lider arasında söhbət təxminən saat yarım davam edib.

Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Putin qeyd edib ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar. Eyni zamanda, Rusiya lideri “münaqişənin əsas səbəblərini aradan qaldırmağın” tərəfdarı olduğunu bildirib və amerikalı həmkarının ABŞ və Rusiyanın birgə işləmək vaxtının yetişməsi tezisini dəstəkləyib.

Bundan əlavə, Putin Trampı Moskvaya dəvət edib.

Tramp Putinlə danışdıqdan sonra Zelenskiyə zəng edib. Trampın sözlərinə görə, Ukrayna prezidenti ilə söhbət yaxşı keçib. Zelenski qeyd edib ki, Ukrayna hamıdan çox sülh istəyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər