Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə edib

Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.

Türkiyə KİV xəbər verir ki, R.T.Ərdoğan Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb.

Məlumata görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və birgə mətbuat konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.

P.Subiantoya "Togg"un xüsusiyyətləri haqqında məlumat verən R.T.Ərdoğan "İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz",- deyib.

Mərasimdə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər