Çaxırlı bələdiyyə sədrindən şikayət - VİDEO

Çaxırlı bələdiyyə sədrindən şikayət - VİDEOGöyçay rayon, Çaxırlı kənd sakinləri tərəfindən Avrasiya.net-in redaksiyasına müraciət daxil olub. Müraciətdə sakinlər Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sədri Fərhad Mehdiyevin qanunsuz əməllərindən bəhs ediblər.

Müraciətdə deyilir ki, biz Göyçay rayon Çaxırlı kənd sakinləri Əsgərova Ruhiyyə Valeh qızına verilmiş 15 hektar örüş sahəsinin icarə müqaviləsinin ləğv edilərək torpğın əvvəlki vəziyyətə qaytarılması üçün mərkəzi orqanlara çoxlusayda şikayətlər göndərmişik. Çaxırlı kənd sakini iş adamı Vidadi Əsgərov 15 hektar örüş sahəsini 27.12.2006-cı il tarixdə həyat yoldaşı Ruhiyyənin adına icarəyə götürüb orada qanunsuz qazıntı işləri apararaq balıq yetişdirmək üçün süni göl yaratmışdır. Bundan sonra süni gölün qurunt suları bütün kənd torpaqlarının şoranlaşmasına səbəb olduğu üçün kənd sakinləri əsaslı olaraq şikayətlər etdilər.

Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev buna görə iddia ərizəsi yazaraq 20.12.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi üzrə 11 fevral 2025-ci il tarixdə keçirilən iclasa bələdiyyə sədri Fərhad Mehdiyev cavabdehin həyat yoldaşı Vidadi Əsgərovun avtomobili ilə bir yerdə gedərək öz iddiasını müdafiə etməyərək cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandımağa çalışmışdır. Hətta məhkəmə iclasında hakim “kənd sakinləri bura şikayət göndəriblər gölün kəndə ziyanlar vurmasını müqavilənin ləğv edilməsini xahiş edirlər” sualına bələdiyyə sədri cavab olaraq bildirib ki, yox artıq kənd sakinləri razılığa gəliblər şikayətçi deyillər.

Bununla da sübut olundu ki, bələdiyyə sədri kənd sakinlərinin haqlı şikayətlərini yox iş adamı Vidadi Əsgərovun qanuna zidd mövqeyini müadiə edirmiş.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev bu əməlləri ilə biz sakinlərə ziyanların vurulmasının davam etdirilməsinə rəvac vermiş oldu.
Onuda qeyd edək ki, həmin torpaq sahəsində gölün qanunsuz qazılmasına görə dövlət qurumları tərəfindən aktlar tərtib edilib və sənədlər təqdim olunub.

Çaxırlı kənd sakinləri bələdiyyə sədri Fərhad Mehdiyevin belə qanuna zidd hərəkətlərindən çox narahat olub mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, Ədliyyə Naziri cənab Fərid Əhmədova və digər orqan rəhbərlərinə müraciət edərək Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyevin barəsində qanunu və ciddi tədbirlər görülməsini xahiş edirik.

Məmmədov Tərxan Qüdrəddin oğlu (şəhid atası)
Əsgərov Ramin Zahid oğlu
Mürsəlov Mehman Sadıq oğlu
Mürsəlov Lətif Mehman oğlu
Mürsəlov Vüsal Mehman oğlu
Şərifov Rəşad Famil oğlu
Rəsulov Ceyhun Vəliyəddin oğlu
Sadiqov Elvin Mahir oğlu
Əsgərov Xətai Zahid oğlu
Əsgərov Samir Zahid oğlu
Məmmədov Rahil Surəddin oğlu
Sadıqov Dəyanət Mahir oğlu

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər