Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayırAğ Ev rəhbəri Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin təşəbbüslərinə uyğun olaraq ABŞ hökumətinin işçiləri ilə bağlı sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən ABŞ-nin dövlət departamentləri və agentliklərinin işçilərinin sayı əhəmiyyətli dərəcədə azaldılacaq.

Qeyd olunub ki, qurumlar federal xidməti tərk edən hər dörd işçinin yerinə yalnız bir əməkdaşı işə götürə biləcəklər.

Eyni zamanda Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə ölkənin dünya üzrə bir neçə konsulluğunu bağlaya bilər. Bu, Sakit okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən Almaniya və Fransadakı konsulluqlara aiddir.

Bundan əvvəl ABŞ-nin dövlət qurumlarının əməkdaşlarına səkkiz maaşa bərabər təzminat və bəzi müavinətlərin səkkiz ay müddətində saxlanılması müqabilində istefa vermək təklif edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər