BAK üzvləri Niderland parlamentinin üzvü ilə görüşüblər

Beniluks Azərbaycanlıları Konqresinin üzvləri Niderland Parlamentində “Denk” partyasının millət vəkili Doğukan Erginlə görüş keçiribdir.

Görüş zamanı millət vəkili qeyd edib ki, “Denk” partiyası yarandığı gündən Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək olubdur və bu dəstək hal hazırdada davam etməkdədir.

Beniluks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov ilk öncə millət vəkilinə hər zaman Azərbaycana göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib və BAK-ın fəaliyyəti haqda ona geniş məlumat çatdırıbdır.

BAK-ın sədr muavini tanınmış rəssam Rasim Hüseinov millət vəkilinə Niderlanda keçirdiyi 100-dən artıq sərgi barədə məlumat veribdir.

BAK-ın baş məsləhətçisi Lamiyə Babayeva Hollandiyada yaşayan azərbaycanlı xanımlarında hər zaman diaspora sahəsində çox aktiv olduklarını və 44 günlük müharibə dövründədə bunu bariz şəkildə nümayiş etdiribdir.

BAK-ın fəal üzvü “Franciscus Gasthuis en Vlietland” xəstəxanasının həkimi Tərlan Həsənov Hollandiyada yaşayan azərbaycanlı gənclər haqqında millət vəkilinə geniş məlumat veribdir.

Millət vəkili bu görüşdən çox məmnun olduğunu və Hollandiyada yaşayan azərbaycanlı gənclərə siyasi patiyalarda fəaliyyət göstərmələrini tövsiyə edibdir.
Bu işdə onlara hər cür dəstək ola biləcəyini vurğulayıbdır.

Görüş zamanı millət vəkili azərbaycanlı heyyətə “Denk” partiyasının adından hədiyələr təqdim edibdir.

Azərbaycandan olan heyyətdə eyni zamandı BAK adından millət vəkilinə azərbaycanın musiqi alətlərini özündə əks etdirən kamança,tar və qaval hədiyəsini, Rasim Hüseinovun rəsm əsərini, BAK sədrinin 1-ci muavini Sima Cəfərovanın yazdığı “Ruhumla söhbət” kitabını və BAK-ın Rotterdam həftə sonu Ana dili məktəbinin ilk qurucularından biri olmuş Yasəmən Qara-nın “Əfsanəvi general” kitabı hədiyə edilibdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər