ABŞ-da hava limanında 2 təyyarə toqquşdu: ölən var
Dərc olunub:
11-02-2025, 10:53
ABŞ-ın Arizona ştatında yerləşən hava limanında iki "Bombardier Learjet Gulfstream 2100" biznes təyyarəsi toqquşub.
Məlumatı ABC telekanalı yayıb.
Bildirilib ki, hadisə Skottsdel şəhərində baş verib.
Özəl təyyarə uçuş-enmə zolağından kənara çıxaraq park vəziyyətində olan hava gəmisinə çırpılıb.
Nəticədə azı 1 ölüb, 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Skottsdeldə uçuşlar ləğv edilib. Qəzanın səbəbləri araşdırılır.