"Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir"

"Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir"Bunu Almaniya kansleri Olaf Şolts Xristian Demokrat və Xristian Sosial İttifaqları blokundan kansler postuna namizəd Fridrix Merts ilə seçkiqabağı debatlar zamanı bildirib.

“Amerika hökuməti bunu ertələyir. NATO-nun qərarları belədir ki, bu bloklanmayacaq, lakin baxılmır da. Və ona görə də bu vəziyyətdə NATO üzvlüyündən söhbət getmir, mən bunu birbaşa bəyan edirəm”, – Şolts qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, hazırda söhbət Ukraynanın müdafiəsinin təmin edilməsindən gedir. Onun sözlərinə görə, Kiyevin “arxasında” hər hansı müzakirələr olmamalıdır.

“Bəzilərinin Ukraynanın ərazisindən güzəştə gedə biləcəyini söyləməsi xoşuma gəlmir. Bu da onların işidir”, – Şolts deyib. Eyni zamanda o bildirib ki, "Ukraynaya kömək göstərmək lazımdır ki, onun güclü ordusu olsun".

“Axı öz iqtisadiyyatı ilə o, özünümüdafiə üçün lazım olan bu miqyasda ordunu maliyyələşdirə bilməz. Bu, razılaşmalı olduğumuz birinci vacib məsələdir, həmçinin bunun ətrafında təhlükəsizlik zəmanətləri də var”, – Şolts vurğulayıb.

Merts də hesab edir ki, Ukraynanı hazırda Şimali Atlantika Alyansına qəbul etmək olmaz, çünki ölkə müharibə vəziyyətindədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər