Tramp Şahzadə Harrini ələ saldı

Tramp Şahzadə Harrini ələ saldıABŞ Prezidenti Donald Tramp Şahzadə Harrinin ölkədən deportasiya edilməyəcəyini bəyan edib.

“Heritage Foundation” adlı mühafizəkar beyin mərkəzi Şahzadə Harrinin ABŞ vizası ilə bağlı sənədlərinin araşdırılmasını tələb edir.

Onlar iddia edirlər ki, Şahzadə Harri ya immiqrasiya sənədlərində yalan danışıb, ya da Bayden administrasiyası ona xüsusi güzəştlər edib.

Lakin D. Tramp bununla bağlı heç bir addım atmayacağını bildirib: “Mən onu rahat buraxacağam. Onun artıq həyat yoldaşı ilə kifayət qədər problemi var”,- deyə Prezident qeyd edib.

ABŞ Prezidenti daha əvvəl də Meqan Markl haqqında tənqidi fikirlər səsləndirib və Şahzadə Harrinin onun tərəfindən idarə olunduğunu deyib.

“Heritage Foundation”ın məhkəmədə irəli sürdüyü iddialar Şahzadə Harrinin “Spare” adlı memuarında yeniyetmə yaşlarında kokain və marixuanadan istifadə etdiyini etiraf etməsinə əsaslanır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər