KİV: Alyaskada itkin düşmüş təyyarədə olan bütün sərnişinlər ölüb

Fevralın 6-da Alyaska ştatının səmasında radar ekranlarından itmiş “Bering Air” şirkətinə məxsus təyyarədə olan 10 nəfərin hamısı ölüb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələ açıqlanmayıb. Unalaklit şəhərindən Nom şəhərinə uçan təyyarədə doqquz sərnişin və bir pilot olub.

NBC telekanalı öz növbəsində qəza qalıqlarının Nom şəhərindən cənub-şərqə doğru 34 mil (54,7 km) məsafədə aşkar edildiyini açıqlayıb.

Bu, iki həftədən az müddətdə ABŞ-də baş vermiş üçüncü ciddi təyyarə qəzasıdır. Yanvarın 29-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi və quru qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. 67 nəfər həlak olub. Yanvarın 31-də Filadelfiyada (Pensilvaniya ştatı) “Learjet 55” tibbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində azı 7 nəfər həlak olub və 19 nəfər xəstəxanaya yerləşdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər