"ABŞ-da dövlətin idarəetmə fəlsəfəsi dəyişir"

"ABŞ-da dövlətin idarəetmə fəlsəfəsi dəyişir"Praqmatik və biznesmen təfəkkürlü, qeyri-standart siyasətçi olan ABŞ-ın yeni prezidenti Donald Tramp Amerikanın daxilində idarəetmə sisteminin fəlsəfəsini dəyişir. Təbii ki, hər bir dəyişikliyin çətinlik və narazılıq yaradacağı gözləniləndir.

Bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, idarəetmə sistemində fundamental dəyişiklik ABŞ-da yalnız Trampın ideyası deyil. Bu, həm də beyin mərkəzlərinin uzunmüddətli təhlillərinin ortaya qoyduğu və mövcud reallığa uyğun hazırlanan hesabatın nəticəsidir:

"ABŞ-da Hökumət Effektivliyi İdarəsinin yaranması və qurumun rəhbəri amerikalı milyarder İlon Maskın aparılacaq islahatlarla bağlı fikirləri idarəetmə sistemində ciddi yeniliklərdən xəbər verir.
Mənim qənaətimcə, digər ölkələr də bu təcrübədən yararlanacaq. İdarəetmə fəlsəfəsinin dəyişməsi, effektli idarəetmə sistemi yalnız cazibədar təklif, gəlişigözəl ifadələr deyil. Hazırkı məqamda strateji təhlükəsizliyi təmin etmək, iqtisadi, siyasi müstəqilliyi qorumaq üçün effektli idarəetmə sisteminin təmərküzləşməsi zəruridir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər