Göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itdi
Dərc olunub:
7-02-2025, 11:47
ABŞ-da göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib.
Avrasiya.net xəbər verir ki, məlumatı “Röyters” yayıb.
Bildirilib ki, “Bering Air” aviaşirkətinin təyyarəsi Alyaska səmasında yoxa çıxıb.
Təyyarənin əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğradığı ehtimal edilir.