Yeni ölümcül virus aşkarlandı - Alimlərdən xəbərdarlıq

Yeni ölümcül virus aşkarlandı - Alimlərdən xəbərdarlıqABŞ-də heç vaxt görülməmiş virusun tapılması alimləri təşvişə salıb.

"Unikal" xarici KİV-ə istinadən xəəbr verir ki, COVID-19 pandemiyasını illər öncədən proqnozlaşdıran Avstraliyanın Kvinslend Universitetinin tədqiqatçıları Alabama ştatında aşkar edilən yeni virusun qlobal epidemiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Yeni kəşf edilən "Camp Hill" virusu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən böyük pandemiya təhlükələri sırasına daxil etdiyi ölümcül Nipah və Hendra virusları ilə eyni Henipavirus ailəsinə aiddir. Bu viruslar yoluxanların 70 faizini öldürə bilər.

ABŞ Milli Ətraf Mühit Sağlamlığı Assosiasiyasının ictimai səhiyyə eksperti David Dyjack bildirib ki, yeni virus bütün bəşəriyyət üçün təhlükə yarada bilər:

"İctimai sağlamlıq baxımından bizi narahat edən odur ki, bu virus, təxminlərimizə görə, çox yüksək ölüm nisbətinə malikdir. Əgər o, bəzi heyvanlarda göründüyü kimi, insanlara da yoluxsa, bu, böyük təhlükəyə gətirib çıxara bilər".

Bu günə qədər "Camp Hill" virusunun insanlara keçməsinə dair heç bir dəlil yoxdur. Ancaq eyni ailəyə aid olan digər viruslar beyin iltihabı, beyin şişi, tənəffüs çatışmazlığı, böyrək və qaraciyərin zədələnməsi kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər