Burada Sizin reklam ola bilər!

Trampın oğlu qanunsuz ördək ovlamaqda şübhəli bilinir

Trampın oğlu qanunsuz ördək ovlamaqda şübhəli bilinirABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp Venesiya yaxınlığındakı qorunan ərazidə qanunsuz ördək ovlamaqda şübhəli bilinir.

Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti yazıb.

Məlumata görə, bunu Veneto vilayətinin regional şurasının üzvü Andrea Zanoni deyib.

Kiçik Tramp dekabr ayında İtaliyaya səfər edib və Adriatik sahilləri ilə ova gedib. Bir neçə gün əvvəl Amerikanın ovçuluq saytı onun quşları, o cümlədən Aİ direktivi və İtaliya qanunları ilə qorunan narıncı-qəhvəyi tüklü nadir qırmızı ördəkləri vurması barədə məlumat yayıb.

“Əslində, ölkəmizdə yalnız İtaliyanın bölgələrindən birinin sakinləri ovlaya bilər. Sizə polis idarəsi tərəfindən verilmiş ov lisenziyası lazımdır, lakin hər şeydən əvvəl yalnız və yalnız İtaliyanın bölgələrindən birinin sakinlərinə verilmiş sertifikat lazımdır", - Andrea Zanoni deyib.

Avropa Yaşıllar Partiyası kiçik Donald Trampın işini İtaliyanın ətraf mühit naziri Gilberto Piçetto-Fratina ilə müzakirə etmək niyyətindədir. “Biz ətraf mühit nazirindən mühafizə olunan növlərin öldürülməsinin cinayət olduğunu nəzərə alaraq nə baş verdiyini izah etməsini xahiş edirik”, - deputat Luana Zanella bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər