Burada Sizin reklam ola bilər!

Netanyahu Trampı inandıracaq

Netanyahu Trampı inandıracaqİsrailin Baş naziri Bünyamın Netanyahu prezident D.Trampla görüşmək üçün ABŞ-a səfər edib. Netanyahu HƏMASla atəşkəsdən sonra Qəzza zolağından fələstinlilərin köçürülməsində Trampla eyni fikirdədir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ikitərəfli görüşdə Yaxın Şərqin siyasi nizamına təsir edəcək qərarlar qəbula edilə bilər: "Birinci, Netanyahu Qəzzadan fələstinlilərin köçürülməsi üçün Trampı inandıracaq. İkinci, İrana qarşı hərbi əməliyyatlar üçün zəmin yaratmağa çalışacaq. Üçüncü, Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh müqaviləsi və "İbrahim" sazişinin bağlanması müzakirə ediləcək.

Əgər, Tramp Qəzzadan fələstinlilərin köçürülməsinə çalışsa, İsraillə ərəb ölkələri arasında "İbrahim" sazişi qüvvədən düşəcək və ərəb ölkələri Trampın bu siyasətinə sərt reaksiya verəcək. Bununla da ərəb ölkələri ilə İsrail arasında İbrahim sazişi qüvvədən düşəcək.

Qəzzada idarəçiliyi Fələstin Muxtariyyətinə verməklə razılıq əldə edilə bilər. Qəzzada əsas problem HƏMAS-ın varlığıdır. HƏMAS dirəniş göstərərsə, Qəzzadan fələstinlilərin köçürülməsinə gedilə bilər. HƏMAS-ın Qəzzadan çıxarılması üçün təkliflər veriləcək. HƏMAS razılaşmasa, nəticəsi fələstinlilər üçün mənfi nəticələri olması mümkündür. D.Tramp İranın vurulması üçün B.Netanyahunun təkliflərini qəbul etməyəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər