Burada Sizin reklam ola bilər!

Təmizləmə prosesi davam edəcək

Təmizləmə prosesi davam edəcəkCo Baydenin və sələflərinin dövründə dünyanın bir çox ölkələrinin daxili işlərinə kobud şəkildə qarışan Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ABŞ-ın yeni prezidenti Donald Trampın hədəfinə tuş gəlməsi heç də təsadüfi deyil. Müxtəlif ölkələrdə "məxməri" inqilablar, ideoloji təxribatlar həyata keçirmək üçün ABŞ-ın bütün dünyada milyardlarla dollarlıq vəsaitlərini "humanitar proqramlar" adı altında xərcləyən belə bir qurumdan günün birində hesabat sorulacağı gözlənilən idi. ABŞ-ın demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verən Donald Tramp USAID kimi qurumların fəaliyyətini Birləşmiş Ştatlar üçün əhəmiyyətli və səmərəli saymır. Məhz buna görə də onun administrasiyası USAID-in xəttilə sağa-sola "səpələnən" pulların bundan sonra “Öncə Amerika” doktrinasına uyğun bölüşdürülməsinin təmin edilməsi üçün hərəkətə keçib.

D.Tramp USAID-in onlarla əməkdaşını inzibati məzuniyyətə göndərib. Təmizləmə prosesi davam edəcək. Bu gedişlə USAID-in fəaliyyəti ya müvəqqəti olaraq dondurulacaq, yadaki qurumun fəaliyyət konsepsiyası kökündən dəyişdiriləcək. Çünki USAID-in hazırkı formatda fəaliyyətinin davam etdirilməsinin həm dünya, həm də ABŞ-ın özü üçün zərərli olduğunu Tramp da yaxşı dərk edir. Yeri gəlmişkən, Trampın ən yaxın dəstəkçilərindən biri olan və yeni administrasiyada Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən məşhur iş adamı İlon Mask da USAID-in qatı əleyhdarı kimi çıxış edir. Belə ki, İ.Mask ötən gün ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb. Bunu “X” hesabında bildirən iş adamı USAID-i "Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvası" adlandırıb. İlon Mask USAID-i həmçinin sıravi amerikalıların ödədikləri vergi vəsaitlərindən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.

Trampın və Maskın bu mövqeyi Azərbaycanın mövqeyilə üst-üstə düşür. USAID uzun illərdir ki, anti-Azərbaycan fəaliyyəti aparan toksik təşkilat kimi tanınır. 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatından sonra USAID birmənalı olaraq qatı ermənipərəst mövqe nümayiş etdirməyə qərar verdi və Azərbaycana qarşı təzyiqləri daha da artırdı. USAID-in rəhbəri Samanta Pauer sabiq prezident C.Baydenin və Fransa lideri Makronun diktəsi ilə bu qurumu Azərbaycana qarşı qərəzli təzyiq alətinə çevirdi. Bu qadının Türk dünyasına qarşı nifrəti o həddə çatmışdı ki, o, hətta ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü kimi elan etmişdi. Və məhz bu cür qatı ermənipərəst mövqeyinə görə Ermənistan dövləti S.Paueri “dəyərli tərəfdaş” adlandırmışdı.

Təmsil etdiyi dövlətin xarici siyasətinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edən, ermənilərin uydurduqları “etnik təmizləmə” iddiasını geniş şəkildə tirajlamaqla dünya birliyini Azərbaycana qarşı kökləməyə çalışan USAID-in zərərli fəaliyyətinin Tramp administrasiyası tərəfindən nəzarətə götürülməsi haqqın, ədalətin təntənəsidir. Bu baxımdan ABŞ-ın yeni rəhbərliyinin USAID-də təmizləmə kampaniyasına başlamasını təqdir edirik. USAID dünya erməniçiliyinin maraqlarına yox, ABŞ-ın milli mənafelərinə xidmət etməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər