Burada Sizin reklam ola bilər!

Salzburgda təhsil alan yeganə həmyerlimiz Azərbaycan Evini ziyarət edib

Salzburgda təhsil alan yeganə həmyerlimiz Azərbaycan Evini ziyarət edib Avstriya Respublikasının Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evi daima şəhərə qonaq gələn azərbaycanlıların və bu şəhərdə təhsil alan həmvətənlərimizin sevimli məkanına çevrilib. Həmvətənlərimizin daima bu məkana xüsusi diqqəti sayəsində Zalsburq Azərbaycan Evi daima inkişaf etməkdədir.

Bu dəfəki qonağımız Fərid Dəmirov oldu.O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsini bitirib, bir müddət Azərbaycanda Xarici İşlər Nazirliyi və Milli Məclisdə çalışlb.

Xatırladmaq istərdik ki, Fərid Paris London Univeristy of Salzburgda təhsil alan yeganə həmyerlimizin. O PLUS unversitetində Siyasi Elm, İnteqrasiya və İdarəetmə fakultesində təhsil alır.( Political Science, Integration and Governance )

Azərbaycan Evində qonağ olan həmyerlimizə öncə Azərbaycan Evi ilə bağlı geniş məlumat verildi və daha sonra Avstriya Respublikasında fəaliyyət göstərən diaspora təşkilatının bu ölkədə Azərbaycanın tanıdılması üçün gördükləri və görüləcək vacib məsələr barədə geniş məlumat verildi.

Daha sonra Fərid Dəmirov Azərbaycan Evində olan xatirə kitabına ürək sözlərini yazdı :

Bu gün Zalsburqda yerləşən Azərbaycan Evi ilə ilk görüşüm oldu və çox xoş təəssüratlarla ayrıldım. Burada isti və səmimi mühit hiss etdim, vətəndən uzaqda belə doğma ab-havanın yaşadıldığını görmək çox sevindirici idi.Xüsusilə, Azərbaycan Evinin sədri Fərid Əzizov ilə tanış olmaq və həmsöhbət olmaq mənim üçün xoş oldu. Onun mehribanlığı, fəallığı və Azərbaycan mədəniyyətini, həmçinin birliyimizi yaşatmaq üçün gördüyü işlər təqdirəlayiqdir. Bu cür təşəbbüslərin diasporamız üçün nə qədər dəyərli olduğunu bir daha anladım.

Zalsburqda yaşayan hər bir azərbaycanlının burada özünü evində hiss edə biləcəyi bir məkanın olması qürurvericidir. Bu gözəl görüşə və yaradılan mühitə görə Azərbaycan Evinin bütün üzvlərinə təşəkkür edirəm !

Sonda xatirə şəkili çəkildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər