star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya
Burada Sizin reklam ola bilər!

Əlcəzair Fransadan təzminat tələb edir

Əlcəzair Fransadan təzminat tələb edirƏlcəzairdə Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtı çatıb.

Bunu Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali bildirib.

Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını deyib.

“Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də müstəmləkədir. Onlar bərabərliyə əsaslanan siyasətə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyasət və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dözə bilmirlər”, - deyə Buğali qeyd edib.

Qeyd edək ki, parlamentin iki böyük partiyası fevral ayında qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verib. Müzakirəyə çıxarılacaq qanun layihəsində Fransanın Əlcəzairdə 132 illik müstəmləkəçiliyi pislənir, qarşı tərəfin üzr istəməsi və vurduğu bütün zərərlərə görə təzminat ödəməsi tələb edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər