Sudanda təyyarə qəzası: 18 ölü
Dərc olunub:
29-01-2025, 14:44
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb.
Məlumatı "Miraya" radiosu yayıb.
Bildirilib ki, içərisində 21 sərnişin və ekipaj üzvü olan təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Qəza nəticəsində 18 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.
Ölənlər arasında iki pilotun da olduğu qeyd edilib.