Tarix muzeyindən qədim qızıl dəbilqə oğurlandı

Tarix muzeyindən qədim qızıl dəbilqə oğurlandıOğrular Niderlandın Assen şəhərində Drents muzeyinə partlayıcı qurğu vasitəsilə daxil olaraq 2400 il yaşı olan qədim Kotofeneşti dəbilqəsini və 4 əntiq qızıl əşyanı oğurlayıblar.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, oğurlanan əşyalar arasında üç ədəd qızıl spiralvari bilərzik və Rumıniyanın Milli Tarix Muzeyi tərəfindən təqdim edilən nadir dəbilqə olub.

Hadisə yerinə gələn Assen polisi muzey yaxınlığında yanan avtomobil aşkar edib. Ehtimal edilir ki, avtomobil oğrular tərəfindən istifadə edilib. İstintaqa İnterpol cəlb edilib, polis isə kamera görüntülərini araşdırır.

Drents muzeyinin baş direktoru Harri Tupan hadisəni muzeyin tarixində “qara gün” adlandırıb. Onun sözlərinə görə, muzeyin 170 illik tarixi ərzində buna bənzər hadisə baş verməyib.

Qeyd edilir ki, oğurlanan dəbilqə 1927-ci ildə Rumıniyada kəndlərdən birində uşaq tərəfindən aşkar edilib. Uşaq əşyanı oyuncaq və su qabı kimi istifadə edib və bu da onun zədələnməsinə səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər