Burada Sizin reklam ola bilər!

Çin İrana gizli şəkildə hərbi yardım edirmiş

Çin İrana gizli şəkildə hərbi yardım edirmişRaket yanacağı üçün əsas kimyəvi inqridient daşıyan İranın iki yük gəmisi yaxın bir neçə həftə ərzində Çindən İrana yola düşəcək.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” iki Qərb ölkəsinin təhlükəsizlik xidmətinin kəşfiyyat məlumatlarına istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, İran bayraqlı “Golbon” və “Jairan” gəmiləri sərt raket yanacağının əsas tərkib hissəsi olan 1000 tondan çox natrium perklorat daşıyacaq.

Həmçinin natrium perkloratdan sərt yanacağın 70 faizini təşkil edəcək 960 ton ammonium perklorat əldə etməyin mümkün olduğunu bildirilir.

"Bu miqdarda ammonium perkloratdan 1300 ton yanacaq istehsal edilə bilər ki, bu da İranın “Xeybər Şeqan” və ya “Hacı Qasım” kimi 260 ədəd orta mənzilli raketini yanacaqla doldurmağa kifayət edir", - rəsmilər əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər