Burada Sizin reklam ola bilər!

İraqda doqquz yaşlı qızlarla nikaha icazə verildi

İraqda doqquz yaşlı qızlarla nikaha icazə verildiİraq parlamenti yanvarın 21-də azyaşlıların nikahını faktiki olaraq qanuniləşdirən qanun qəbul edib.

Bu barədə "Associated Press" agentliyi xəbər verir.

Dəyişiklik ölkədə İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmada yeni səlahiyyətlər verir.

İraqda əksər hallarda evlənmək üçün minimum yaş həddi 18 yaş müəyyən edilib. Bununla belə, dəyişikliklər din xadimlərinə “İslam qanunlarını şərhlərinə uyğun olaraq” qərar qəbul etməyə imkan verəcək. Din xadimlərinin bəziləri hesab edir ki, qızlar “erkən yeniyetməlik çağında” və ya doqquz yaşından ərə gedə bilərlər.

Fəallar deyirlər ki, bu dəyişikliklər İraqın 1959-cu ildə qəbul edilmiş, ailə hüququnu birləşdirən və qadınların müdafiəsini təmin edən Şəxsi Həyat Qanununu pozur. Dəyişikliklərin tərəfdarları, o cümlədən mühafizəkar millət vəkilləri qanunun “islam prinsiplərinə uyğunlaşdırıldığını” və bunun İraq mədəniyyətinə “Qərb təsirini” azaldacağını iddia edirlər.

BMT-nin 2024-cü ilə dair məlumatlarına görə, İraqda qadınların təxminən 28%-i yetkinlik yaşına çatmamış evlidir. Qanun qəbul olunmazdan əvvəl dini liderlər atanın icazəsi ilə qızlarla nikahı qeydə ala bilirdilər. Eyni zamanda, belə bir evlilik rəsmi hesab edilmirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər