Burada Sizin reklam ola bilər!

Tramp Putini hədələdi: “Görəcəyik nə olacaq”

Tramp Putini hədələdi: “Görəcəyik nə olacaq”ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağınə “çox böyük ehtimal” adlandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, o, tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı gözləyir və Rusiya tərəfi istədiyi zaman Putinlə görüşməyə hazırdır. Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin sülh istədiyini xatırladıb, lakin “tanqoya iki insanın lazım olduğunu” vurğulayıb. “Görəcəyik nə olacaq” deyən Tramp Putinin “ağıllı” olduğunu düşündüyünü bildirib.

Eyni zamanda ABŞ prezidenti Ukraynaya hərbi yardımı davam etdirəcəyini də istisna etməyib.

"Biz bu məsələni araşdırırıq", - o deyib. Tramp həmçinin bildirib ki, Çin prezidenti Si Cinpinlə bu yaxınlarda söhbəti zamanı onu Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək etməyə çağırıb.

“Mən dedim ki, bu işi həll etməlisiniz. Çünki Çin lideri bu istiqamətdə çox iş görməyib.

"Onun da bizim kimi çox gücü var",- deyə Tramp vurğulayıb.

Bloomberg mənbələrinin məlumatına görə, ABŞ prezidentinin müşavirləri Rusiya və Ukrayna arasında sülh sazişinin əldə olunmasına kömək etmək məqsədi daşıyan yeni sanksiya strategiyası hazırlayırlar.

İki əsas yanaşma nəzərdən keçirilir. Əgər bu, sülhün əldə olunmasına kömək etsə və Ağ Ev döyüşlərin tezliklə sona çatacağını görsə, məhdudlaşdırılmış Rusiya neft istehsalçılarına qarşı sanksiyalar yumşaldılacaq. İkinci variant Moskvanı müharibəni dayandırmağa inandırmaq üçün sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

Bloomberg-in qeyd etdiyi kimi, Rusiyaya qarşı sərt siyasət neft ticarətində, o cümlədən Avropa gəmiçilik şirkətlərinə və Asiya alıcılarına, o cümlədən Çin və Hindistandakı iri şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların daha aktiv istifadəsini əhatə edə bilər. Digər mümkün yanaşma Danimarka və Türkiyə boğazlarından Rusiya neftini daşıyan tankerlərə qarşı daha aqressiv addımların atılmasıdır.

Kreml Trampın dövründə sanksiyaların sərtləşdirilməsinə təəccüblənməyəcəyini bildirib.

“Amerika administrasiyasının dialoq üçün müəyyən siyasi iradə bəyan etməsinə baxmayaraq, bu baxımdan xarakterini ciddi şəkildə dəyişməyəcəyi heç kimə sirr deyil ki, burada həddindən artıq gözləntilərə qapılmağa ehtiyac yoxdur”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər