Türkiyə XİN 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
Dərc olunub:
20-01-2025, 11:27
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.
Avrasiya.net xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib.
“1990-cı il yanvarın 20-də müstəqillik uğrunda canlarından keçmiş qardaş Azərbaycanın qəhrəmanlarının xatirəsini hörmət və rəhmətlə yad edirik”, - paylaşımda deyilir.