Zurabişvili Trampın andiçmə mərasimində iştirak edəcək
Dərc olunub:
17-01-2025, 10:19
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.
Onun səfər çərçivəsində sabiq dövlət başçısının yüksək səviyyəli ikitərəfli görüşləri də planlaşdırılıb.
Xatırladaq ki, S. Zurabişvilini mərasimə respublikaçı konqresmen Co Vilson dəvət edib. D.Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.