Burada Sizin reklam ola bilər!

20 Yanvar ərəb mediasında

20 Yanvar ərəb mediasındaƏrəb mediasında tədqiqatçı-alim Seymur Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı geniş məqaləsi dərc olunub.
Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, Livan və İraqın qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Qara Yanvar faciəsinin 35-ci ildönümü" sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açan müəllif onu Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisə edib, müxtəlif illərdə azadlıq uğrunda meydanlara axışan misirli və azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb. Misirli alim Şeyx Məhəmməd əl-Ğəzali özünün “Acı həqiqət” kitabında 1990-cı il 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayaraq, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını qeyd edib. Misirli jurnalist Məhəmməd Sələmənin tədqiqat əsərində isə ermənilərin sovet qoşunlarının tərkibində Bakıda dinc əhalinin qətlə yetirilməsində iştirak etdikləri qeyd olunub.

Müəllif, Ümummilli lider Heydər Əliyevin yanvar qətliamını Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdiyini qeyd etmişdir.
S. Nəsirov misirli alim Şeyx Əbdülvəhhab əl-Nəccarın "Qanlı Günlər" əsərinə istinad edərək 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciədə ermənilərin rolundan bəhs edib. Misirli alim həmin əsərində dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazaraq bildirir ki, “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırımı törədilir və buna rəğmən heç bir ölkə törədilən bu faciəni qınamır. Amma misirlilərə qarşı düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, dərhal onları qınayırlar”.

Məqalədə Azərbaycana qarşı da ikili standartlardan çıxış edildiyi, ermənilərə dəstək verildiyi vurğulanır. Qeyd olunur ki, otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa çevirən ermənilərə qarşı heç kim etiraz etmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər