Erməni iş adamı Livanda işgəncə ilə öldürüldü
Dərc olunub:
16-01-2025, 12:32
Erməni əsilli livanlı erməni biznesmen Vaçe Arslanyan Beyrutda öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Arevelk” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Əşrəfiyə rayonunda baş verib:
“Qətlin motivi oğurluq olub. Arslanyan evində bağlanaraq döyüldükdən sonra öldürülüb. Qətlin təfərrüatı açıqlanmayıb. Qətl zamanı ailə üzvləri evdə olmayıb”.