Cənubi Koreya prezidenti həbs edildi
Dərc olunub:
Bu gün, 10:26
Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs edilib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Prezident Yun Sok Yol haqqında həbs qərarı icra olundu”, - məlumatda bildirilib.
Öz növbəsində, prezidentin tərəfdarları bəyanat yayaraq, Yun Sok Yolun toqquşmalar olmaması və qan tökülməməsi üçün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olduğunu vurğulayıblar. Bununla belə, o, barəsində başlanmış istintaqı qanunsuz hesab edir.