İsrail hərbçiləri döyüşdən imtina etdi - Sensasion şərt
Dərc olunub:
Bu gün, 09:51
İsrail ordusunun 200-ə yaxın hərbçisi Qəzzada atəşkəs imzalanmayacağı təqdirdə xidmətdən imtina edəcəkləri barədə açıq məktub yayıblar.
Bu barədə AP-yə israilli əsgərlərdən biri deyib.
“Müharibə cinayəti törətmişəm və buna görə təəssüflənirəm. Qəzzada döyüşməkdən imtina edirik. Qəzzada gördüklərimizi qəbullanmaq uzun vaxt aldı. Hərbçilər hədiyyəlik əşya toplamaq üçün evləri qarət etdi”, - deyə o bildirib.
Qeyd edək ki, son günlər İsrail və HƏMAS nümayəndələri arasında vasitəçilərin iştirakı ilə Qəzzada atəşkəslə bağlı intensiv danışıqlar aparılır.