Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb
Dərc olunub:
13-01-2025, 07:09
Kaliforniyada baş verən yanğınlarda azı 24 nəfər həlak olub.
Avrasiya.net xəbər verir ki, bu barədə “ABC News” Los-Anceles dairəsinin Tibbi Ekspertiza İdarəsinin hesablamalarına istinadən məlumat yayıb.
"İton” yanğınında 16 nəfərin və “Paliseyds" yanğınında 8 nəfərin öldüyü təsdiqlənib", - telekanalın materialında deyilir.
Xatırladaq ki, bundan əvvəl 16 nəfərin öldüyü bildirilib.