İran paytaxtının köçürülməsi 37 milyarda başa gələcək
Dərc olunub:
Bu gün, 02:37
İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələcək.
Axar.az xəbər verir ki, bu haqda İran parlamentinin daxili məsələlər komissiyasının üzvü Əbülfəzl Əbuturabi deyib.
"Tehrana yaxın, 80 kilometr uzaqlıqdakı ərazini seçsək, təxminən yeddi milyard dollara başa gələcək.
Paytaxtın 130-200 kilometr məsafədəki əraziyə köçürüləcəyini hesablasaq, bu, təxminən 22 milyard dollara başa gələcək. Türkiyə və Pakistan kimi 500 kilometrdən çox uzaqda paytaxt seçsək, bu, infrastrukturdan asılı olaraq 30-37 milyard dollara başa gələcək", - deyə o bildirib.