Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
Dərc olunub:
Bu gün, 09:52
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir.
Avrasiya.net xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin X-dəki səhifəsində yer alıb.
“Birləşmiş Ştatların hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunur.