Sizin Reklam Burada

Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bəyanat yayıb

Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bəyanat yayıbBildiyiniz kimi ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına, həm də Türkiyə və dövlət başçısına qarşı təhqiramiz ifadələr işlədilib. Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu bununla əlaqədar dəyanat yayıb.

Bəyanatda bildirilir ki, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması müşahidə olunur.

İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi bəyanatda vurğulanıb.

Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı xüsusi qeyd olunub.
Türkdilli dövlətləirin siyasətiinə dəstək fondu Azərbaycana qarşı bu kimi təxribatların yolverilməz olduğunu və belə hərəkətlərə dərhal son qoyulması tələbini bəyanatda bildirib.

Xatırladaq ki Ayətullah Həsən Amilinin təxribat xarakterli açıqlamaları uzun müddətdir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin sərt etirazına səbəb olur.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7 də ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədə də İranı sərt tənqid edərək deyib: “O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir.”

Biz Türkdilli dövlətləirin siyasətiinə dəstək fondu olaraq Prezident İlham Əliyevin dediklərini dəstəkləyir və həmin mollanın Ərdəbildən qovulmasını İranın Ali liderindən tələb edirik

Fond bəyanatı İranın Qırğızıstandakı səfirliyinə təqdim edəcək və mətbuatda geniş şəkildə yayacaq


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər