"İrana zərbələrin endiriləcəyi sualını axmaq adam cavablayar"
Dərc olunub:
Dünən, 10:47
ABŞ-nin seçilən Prezidenti Donald Tramp İrana qabaqlayıcı zərbələr barədə suala cavab verməyib.
Məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, “ABŞ İrana qabaqlayıcı zərbələr endirəcək?” sualını Donald Tramp belə cavablandırıb: “Bu, hərbi strategiyadır. Cavab verməyəcəm. Ona yalnız axmaq adam cavab verə bilər”.
“New York Post”un məlumatına əsasən, Donald Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxmayacaq.