Dəməşq hava limanı beynəlxalq uçuşlar üçün açılır
Dərc olunub:
7-01-2025, 14:42
Dəməşq hava limanı 2024-cü il dekabrın 8-dən bəri ilk dəfə müntəzəm beynəlxalq uçuşların gəlişi və gedişi üçün açılıb.
Bu barədə TASS-a hava limanının informasiya xidmətindən məlumat verilib
"Bəli, təyyarələrin qəbulu bərpa olunub, biz Qətərdən uçuş gözləyirik, o, artıq havaya qalxıb”, - agentliyin həmsöhbəti Əmirliyin milli aviaşirkəti Qatar Airways-in Qətər tərəfdən uçuşuna toxunaraq deyib.
Yanvarın 2-də bu marşrut üzrə standart tezliklə həftədə üç dəfə uçuşların bərpa olunduğunu elan edib. Bundan əlavə, səhər saatlarında hava limanı Ər-Riyaddan yük təyyarəsi qəbul edib.