Almaniyada partlayış baş verib, iki polis yaralanıb
Dərc olunub:
3-01-2025, 09:47
Almaniyanın paytaxtı Berlində polis idarəsi yaxınlığında baş verən partlayış nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.
Bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, Berlinin Vitenau məhəlləsində polis idarəsi yaxınlığında gecə saatlarında naməlum əşyanın partlaması nəticəsində biri qadın, digəri kişi olmaqla 2 polis nəfəri xəsarət alıb.
Onlardan birinin vəziyyəti ağırdır. Fakt araşdırılır.