Avstriyada Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd etdi.
Avstriya Respublikasının mədəniyyət paytaxtı sayılan Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Diasporla iş Üzrə Dövlət komitəsinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olundu.
Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov 25.12.2024 cü il tarixində “ Azərbaycan Hava Yolları ” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qrozni reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində dünyasını dəyişən soydaşlarımızın həmin anlarda nələr yaşamalarından və Azərbaycanın qəhrəman pilotlarının insanları xilas etmək üçün etdikləri şücaətindən danışdı. Daha sonra qəzada dünyasını dəyişən soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq 1 dəqiqəlik sükut elan edildi.
Salzburg Azərbaycan Evində Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə gələn qonağları təbrik edən diaspora sədri bildirdi ki bu əsl həmrəylik nümunəsidir ki bir anda insanlar bir yerə toplaşır və hər an dünyanın harasında yaşamalarından aslı olmayaraq vətənlərinin doğma Azərbaycanın yanında olduqlarını sübut edirlər.
Bu həmrəylik günümüz münasibəti ilə hər bir soydaşımızı təbrik edən diaspora sədri tədbiri açıq elan etdi.
Tədbir boyu gəlan qonağlara müxtəlif təamlar ikram olunurdu.Qonaqlar arasında Azərbaycanlı soydaşlarımız ilə bərabər Avstriya vətəndaşlarıda iştirak edirdilər. Avstriyalı qonaqlarda Azərbaycan haqqında xoş təsuratlarından söz açırdılar.
Təbii ki tədbirdə balacaların sevimlisi Yeni ilin atrebutu olan Şaxta Babada öz hədiyyələri ilə balaca qonaqlarımızı sevindirdi.İlk öncə onlar yeni il və Azərbaycanla bağlı şeirlər və mahnılar oxudular və daha sonra Şaxta Baba onlara bir birindən gözəl hədiyyələr təqdim etdi.
Tədbirin sonunda qonaqlara bərabər xatirə şəkilləri çəkdirildi.