Azərbaycan Suriyaya ilk yardımı göndərdi

Azərbaycan Suriyaya ilk yardımı göndərdiAzərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:

"Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub", - deyə XİN rəsmisi bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər