Təyyarə qəzasında 179 nəfər həlak olub
Dərc olunub:
29-12-2024, 09:35
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
Qəzaya uğrayan Boinq-737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib.
Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.