Qaiser Navab Azərbaycan səfirliyində başsağlığı verib
Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) prezidenti Qaiser Navab Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin faciəvi qəzası ilə bağlı başsağlığı vermək üçün Azərbaycan Respublikasının Səfirliyində olub.
Q.Nəvab Pakistan gəncləri və PAAA üzvləri adından başsağlığı verib, iki xalq arasında paylaşılan kədər və həmrəyliyi vurğulayıb.
Nəvab başsağlığı əlaməti olaraq, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq səfirlik önünə gül dəstələri qoyub. Bundan əlavə, o, xatirə kitabına ürəkdən başsağlığı mesajı yazıb, həlak olanlar üçün dərin hüznünü ifadə edib və Pakistan ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq bağlarını bir daha təsdiqləyib. “Ürəyimiz həlak olanların ailələri və Azərbaycan xalqı ilədir. Bu, ortaq itkidir”, - deyə Nəvab bildirib.