Pakistanlı ekspert Azərbaycan xalqına başsağlığı verib
Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) prezidenti Qaiser Navab J2-8243. Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində
həlak olanların yaxınlarına başsağlığı verib.
O, qeyd edib ki, hamımız üçün dərin kədər anıdır: "Biz bu hüzn günündə Azərbaycan xalqı ilə həmrəyik və dualarımız həlak olanlara, onların ailələrinə və bu ürəkağrıdan faciədən əziyyət çəkən hər kəsədir. Səlahiyyətlilərin zərərçəkənlərə bütün lazımi dəstəyi verəcəyinə inanırıq və fövqəladə hallar qruplarını bu hadisənin nəticələrini idarə etməkdə göstərdikləri səylərə görə alqışlayırıq. Pakistan və Azərbaycan arasında həmişə qardaşlıq bağı olub və belə məqamlarda biz ehtiyac anlarında bir yerdə olmaq öhdəliyimizi bir daha təsdiq edirik. Allah rəhmətə gedənlərin ailələrinə səbr versin, yaralılara şəfa diləyirik".