Sizin Reklam Burada

Sirr açılır: Xalq Əsəd ailəsindən gizlin belə xəbərləşirmiş

Sirr açılır: Xalq Əsəd ailəsindən gizlin belə xəbərləşirmişSuriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə ortaya çıxıb.

Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post"un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Bəəs Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idraəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.

Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında, “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.

Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:

“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.

Qeyd edək ki, Bəəs Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər