star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunubQahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov, səfirliyin əməkdaşları, Qahirədə yaşayan soydaşlarımız, əslən azərbaycanlı olan tanınmış misirlilər və Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti rəhbəri və Misirdə Azərbaycan diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirov son illərdə dövlətlərimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışıb.

Sonra çıxış edən səfir Elxan Poluxov qeyd edib ki, Ulu öndərin qoyduğu təməl və müəyyən etdiyi bu tarixi gün xalqımızın gələcəyinə istiqamət verib. Həmrəylik Gününün Misirdə məhz bu Cəmiyyətdə qeyd edilməsi əlamətdar xatirədir və xalqlarımız arasında dərin tarixi köklərə söykənən əlaqələrin sübutudur.

Tədbirin sonunda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin hazırladığı hədiyyələr uşaqlara təqdim edilib və qonaqlar üçün ziyafət təşkil olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər