"Azərbaycanın D-8-ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir"
Yeni dünya düzəninin formalaşmasını şərtləndirən iqtisadi birliklərin yaradılması və genişləndirilməsi, eyni zamanda belə təşkilatlara layiqli, ehtiyac duyulan ölkələrin qəbul edilməsi Azərbaycanın timsalında özünü D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə öz təsdiqini tapdı.
Bunu Avrasiya.net-ə politoloq Azər Qasımov.
O, qeyd edib ki, üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-bu təşkil edən (ümumi əhali 1,2 milliarddan artıqdır) və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmızın üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir:
"Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev ilk dəfə olaraq fəxri qonaq qismində İstanbul D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edib.
Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası
yekdilliklə D-8 təşkilatına üzv seçilib.
Azərbaycanın D-8-ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir. Bu, Azərbaycanın təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək.
Hesab edirəm ki, bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifah və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir".