Əsəd İsrailə Suriyadakı hərbi hədəflərin koordinatlarını özü verib
Dərc olunub:
Dünən, 10:40
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkəni tərk edərkən, ona toxunmamaq üçün İsrail tərəfinə Suriyadakı hərbi hədəflərin koordinatlarını sığorta olaraq verib.
Bu sözləri “Hürriyyət” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.
Bu məlumatı ona “etibarlı mənbə” verib. Onun sözlərinə görə, Əsəd İsrailə “qaçarkən İsrailin onu vurmayacağına zəmanət olaraq, silah anbarlarının, raket qurğularının və hərbi təyyarələrin yerini göstərən” siyahı verib.
Eyni zamanda, Selvi hesab edir ki, İsrailin Suriyadakı hədəflərə növbəti hədəf zərbələri fonunda mənbədən alınan bu məlumat “sadə bir hiylə kimi görünmür”.