Burada Sizin reklam ola bilər!

Əsədin qayınatası ilə qayınanası da Moskvadadır?

Əsədin qayınatası ilə qayınanası da Moskvadadır?Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşının atası və anası Fəvaz və Səhər Axras Böyük Britaniyanı tərk edib və çox güman ki, Rusiyaya gediblər.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.

Xatırladaq ki, Əsəd hakimiyyətdən getdikdən sonra Putinin qərarı ilə sığınacaq aldığı Moskvaya gedib.

Əsədin həyat yoldaşı Əsmanın valideynləri Londonun qərbindəki Şimali Aktonda öz evlərində yaşayırlar. Oradakı supermarketin suriyalı sahibi “Deyli Meyl” bildirib ki, Axrasla təxminən on gün əvvəl danışıb.

"Aktonda böyük suriyalı icması var və onlar deyirlər ki, o, arvadı ilə qızı və kürəkənini görmək üçün Moskvaya gedib. Bu, təəccüblü deyil, çünki onlar çox yaxındırlar”, - deyə mənbə bildirib.

30 ildən artıqdır Axrası tanıyan qonşusu da onların Rusiyaya getdiklərini açıqlayıb. Qadının sözlərinə görə, son bir həftə ərzində onların evində heç kim olmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər