Blinken Səudiyyə Ərəbistanı XİN rəhbərinə zəng edib
Dərc olunub:
2-08-2024, 04:48
ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səuda zəng edərək Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Söhbət zamanı tərəflər regionda baş verən son hadisələri nəzərdən keçirib, həmçinin Qəzza zolağında gərginliyin azaldılması və daimi atəşkəsə nail olunmasının vacibliyini vurğulayıblar.
Bundan əlavə, agentliyin hesabatında qeyd olunur ki, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri Sudandakı vəziyyəti müzakirə ediblər.