Sizin Reklam Burada

Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını məkrli siyasətinə alət edib

Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını  məkrli siyasətinə alət edibFransa hər zaman ermənipərəst mövqedə olub. Əvvəllər bunu gizlədirdisə, son dörd ildə Azərbaycanın zəfər qazanmasından sonra bu mövqeyini açıq müstəviyə keçirib. Fransa Ermənistanın tərəfini tutmaqla Azərbaycana qarşı qarayaxma kampaniyasını aparmaqda davam edir. Belə ki, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanla bağlı növbəti təxribat baş verib. Fransanın rəsmi “France 2” telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançıları və ölkəmizlə bağlı hədyan söyləyiblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz rəğbətini gizlədə bilməyərək, “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə” deyib. Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib. Daha sonra Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib. Fransa televiziya kanalı siyasi qərəz nümayiş etdirərək Azərbaycanı üstəlik, dünya idman ictimaiyyəti qarşısında həm də “təcavüzkar” kimi qələmə verərək, ərazi bütövlüyümüzü şübhə altına alıb. Ölkəmizlə bağlı yalan informasiya verərək neqativ imic yaradılmasına cəhdlər edilib.

Bu fikirləri VI çağırış Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Fransanın "France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib. Bəyanatda deyilir: “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.

Eyni zamanda, Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys də “France 2” telekanalına sanksiya tətbiq edilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: “Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”. Amerikalı politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.

Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir. Hazırda, Paris Olimpiadasının açılış mərasimində millətləri və dövlətləri bir-birinə tanıdan, yaxınlaşdıran nüanslardan əsər-əlamət olmayıb. Bütün bunlarla da Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını məkrli siyasətinə alət edib.

K.Bayramov vurğulayıb ki, Makron və onun hökuməti “Paris-2024”ün açılışı mərasimini "sülh və ümid anı" kimi təqdim etmək istəsə də, Fransanın ləkəli tarixini və kolonial siyasətini bir daha nümayiş etdirdi. Bu dəfə də Sena çayı üzərində keçidlə təşkil olunan açılış mərasimi ölkələrin adlarını qəsdən düzgün ifadə etməməklə, Ermənistanı özünə dost adlandırmaqla, Azərbaycanı sanki bir işğalçı kimi tədim etməklə, ümumiyyətlə dünya xristianlığını təhqir edilən və alçaldılan səhnələri nümayiş etdirməklə yadda qaldı. Bu da dünya xristianları tərəfindən mədəniyyətszlik və dini dəyərlərin ələ salınması kimi dəyərləndirildi.

K.Bayramov əlavə edib ki, Paris Olimpiadasının açılış mərasimi dünyanın tanınmışları tərəfindən də tənqidlərə səbəb olub. İtaliyanın Baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsində yazıb:"Dəhşətli başlanğıc, əziz fransızlar. Yazıq". “İtaliya qardaşları” partiyasının üzvlərindən Alfredo Antoniozzi deyib ki, Makronun Fransası Olimpiadanın açılışında ən pisini göstərə bildi: əvvəlcə “Sonuncu şam yeməyi” dreq-kvin kimi təqdim edilməklə dünyadakı milyardlarla xristianı ələ salındı, sonra isə dövlət başçıları yağışda islandılar”.

Göründüyü kimi, Fransa bir çox lazımsız addımlarla yaddaşda qaldı. Bununla da XXXIII Yay Olimpiya Oyunlarında Fransa özünü biabır edərək ikiqat rüsvay oldu. Bir daha nə siyasi, nə də diplomatik baxımından uzaqgörən siyasət həyata keçirmədiyini nümayiş etdirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər